Rusiya, Özbəkistan və Azərbaycan Şəmail ən-Nəbi əlyazmasının nəşri üzrə birgə layihə həyata keçiriblər
Rusiya, Özbəkistan və Azərbaycan Məhəmməd peyğəmbərin xüsusiyyət və fəzilətlərinə həsr olunmuş "Şəmail ən-Nəbi" ("Peyğəmbərin fəzilətləri") əlyazmasının nəşri üzrə birgə layihə həyata keçiriblər.
"Far.Az"un Daşkəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Dini İdarəsi sədrinin birinci müavini, "Mədinə" nəşriyyat evinin (Rusiya) rəhbəri Dəmir Muxitdinov Beynəlxalq mediaforum çərçivəsində keçirilən "Əsrləri birləşdirən irs. İslam sivilizasiyasının mənəvi mənaları" plenar sessiyasında bildirib.
Onun sözlərinə görə, əlyazmanın əsli Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda saxlanılır. Mətn 1859-cu ildə Şihabətdin Mərcaninin şagirdi olmuş tatar şərqşünas alim Hüseyn Faizxanov tərəfindən yenidən yazılıb.
O qeyd edib ki, İslam Araşdırmaları Mərkəzi (Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun struktur bölməsi) ilə əməkdaşlıq müqaviləsi 2024-cü il avqustun 27-də imzalanıb, bundan sonra layihə üzərində işlər başlayıb.
Kitab rus dilinə Elmir Quliyev tərəfindən tərcümə edilib.
"Müasir tərcümə, ilk nəşr həm də geniş oxucu kütləsini, ilk növbədə isə müsəlman şagirdlərini bu gözəl əsərlə tanış etməyə kömək edəcək", - o qeyd edib.
Xəbər yenilənir
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı?
-
100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA













