"CineMastercard"da ən çox gözlənilən “0000 Kilometre” filminin Qala gecəsi keçirilib
"Dəniz Mall" ticarət mərkəzindəki “CineMastercard” premium kinoteatrında ən çox gözlənilən Türkiyənin məşhur “0000 Kilometre” melodramının qəhrəmanları ilə qala gecəsi baş tutub.
"Far.Az" xəbər verir ki, filmin ssenarisi bu ilin ən çox izlənilən filmlərdən biri olan “3391 Kilometre”-in davamıdır.
Tədbirə rejissor və prodüser Deniz Enyüksek, əsas aktyorlar Derya Pınar Ak, Ahmet Haktan Zavlak, eləcə də filmi çəkilmış kitabın yazıçısı Beyza Alkoç dəvət olunub.
Filmin qəhramanları media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və bütün pərəstişkarlar ilə şəkil çəkdirib. Azərbaycan tamaşaçıları türkiyəli qonaqları hərarətlə, gur alqışlarla və hədiyyələrlə qarşılayıb.
“0000 Kilometre” sevgilərinin başladığı İzmir şəhərində yolları yenidən kəsişən İzmir və Egenin hekayəsindən bəhs edir. Bir telefon zəngi iki sevgilinin həyatını dəyişir. Aralarında yenə bir məsafə yaranır. İndi cütlüyü “sıfır kilometr” ayırır. Onlar birlikdə həyatın acı-şirinli sürprizləri ilə qarşılaşacaqlar.
Tədbirin təşkilinə "Cinema Distribution", “Coffemania” restoranlar şəbəkəsi, “Hill” restoranı, foto və video çəkiliş - “Light in Black” kreativ şirkəti dəstək göstəriblər.
“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
Oxşar xəbərlər
“CineMastercard”da “Qapı” Azərbaycan filminin qala gecəsi keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Problem yoxdur" sənədli filmi Sumqayıtda təqdim edilib
Heydər Əliyev Mərkəzində “Tağıyev: Neft” bədii filminin premyerası olub
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir













