Qara dənizdə tankerlə bağlı insident: Gəmi Türkiyə sahilində çıxdı
Honqkonq bayrağı altında üzən "M/T Golden Sapling" tankeri Qara dənizdə Türkiyə sahillərindən təxminən 90 mil məsafədə hərəkətdə olarkən PUA hücumuna məruz qalaraq zədələnib.
Far.Az xəbər verir ki, "Hürriyet"in məlumatına görə, hadisə zamanı tankerin 21 heyət üzvü "Maran Pytha" gəmisi tərəfindən təxliyə edilərək Rusiyanın Novorossiysk limanına aparılıb. Tankerdən son siqnalın avqustun 26-da saat 02:00 radələrində alındığı bildirilib.
Hücum nəticəsində zədələnən tanker bu gün Türkiyənin Samsun vilayətinin Alaçam rayonunda sahilə çıxaraq saya oturub.
Hadisə yerinə Sahil Mühafizəsi və Liman Baş İdarəsinin əməkdaşları cəlb olunub.
İnsidentlə bağlı araşdırma aparıldıqdan sonra müvafiq prosedurların başlanması gözlənilir. Tankerin sahildən hansı üsulla çıxarılacağı və hansı istiqamətə yedəyə aparılacağı ilə bağlı qərar isə aparılacaq qiymətləndirmələrdən sonra veriləcək.
Oxşar xəbərlər
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq













