Azərbaycan və Çin Xəzərdə mümkün enerji layihələrini müzakirə edib
Azərbaycan və Çin arasında neft-qaz sektoru və "yaşıl enerji" sahəsində potensial layihələr, o cümlədən Xəzər dənizində mümkün enerji layihələri barədə müzakirələr aparılıb.
"Far.Az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazovun "China National Offshore Oil Corporation" (CNOOC) şirkətinin Müşahidə Şurasının sədri Zhang Chuanjiang ilə görüşündə aparılıb.
Görüşdə Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub, iki ölkə arasında müxtəlif sahələrdə uğurla davam edən əməkdaşlığın enerji sektorunda da geniş imkanlar yaratdığı vurğulanıb. İki ölkənin strateji əməkdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edən sənədlərin əhəmiyyəti qeyd olunub.
Görüşdə Azərbaycan və Çin şirkətləri arasında enerji sahəsində formalaşmış əməkdaşlıq əlaqələri müzakirə edilib, mövcud tərəfdaşlığın inkişaf etdirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
CNOOC şirkətinin nümayəndələri Azərbaycanda həyata keçirilən enerji layihələrində iştirak etmək maraqlarını ifadə ediblər.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Fransa Senatı polisin silah tətbiqinə dair qanun layihəsini təsdiqləyib
-
İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir
-
Türkiyənin 5 şəhərində keçirilən dələduzluq əməliyyatında 12 şübhəli saxlanılıb













