"YAŞAT" Fondu bu il tələbə olan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə pul mükafatı verəcək
"YAŞAT" Fondu 2026-2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə 2000 AZN məbləğində pul mükafatı təqdim edəcək.
"Report" xəbər verir ki, bu barədə Fonddan məlumat verilib.
Bildirilib ki, bu məqsədlə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev həmin şəxslərlə görüşüb.
İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlilləri mükafatla bağlı ətraflı məlumatı "YAŞAT" Fondunun 8110 Çağrı Mərkəzi vasitəsilə əldə edə bilərlər.
Mükafat üçün Dövlət İmtahan Mərkəzi vasitəsilə qəbul imtahanında 400 bal və yuxarı, subbakalavr pilləsində isə 90 bal və yuxarı nəticə toplayaraq ali təhsil müəssisəsinə qəbul olan, həmçinin dünya reytinqində ilk 1000-likdə yer alan universitetlərdən birinə qəbul olan şəxslər müraciət edə bilərlər.
Müraciətlər oktyabrın 31-dək qəbul ediləcək.
Oxşar xəbərlər
Şəhid ailələri və müharibə əlillərinə daha 100 mənzil verilib
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
-
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
-
Fransada yeni etiraz aksiyasının tarixi AÇIQLANDI
-
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
-
Pentaqon rəhbəri İsrailə gizli səfər edib













