Nyu Yorkda Zəfər Günü münasibəti ilə məlumatlandırma aksiyası keçirilib
Far.Az xəbər saytı

Nyu Yorkda Zəfər Günü münasibəti ilə məlumatlandırma aksiyası keçirilib


ABŞ-nin Nyu York şəhərində 8 Noyabr - Azərbaycanın Zəfər Gününə və 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.

“Report”un ABŞ bürosu xəbər verir ki, layihə Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı və Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə baş tutub.

“8 Noyabr Azərbaycanın Zəfər Günüdür!” şüarı və Azərbaycanın Zəfər rəmzi hesab olunan Xarıbülbül əks olunduğu led ekranlı avtomobil Nyu-Yorkun mərkəzi küçələrində hərəkət edib, BMT-nin Nyu Yorkdakı qərargah binasının önündə dayanıb.

Məlumatlandırma aksiyası gün ərzində davam edəcək. Avtomobil Nyu Yorkun Manhettan adasının mərkəzi küçə və meydanlarını dolaşacaq, məşhur “Times Square” meydanında dayanacaq.

Oxşar xəbərlər

Nyu-Yorkda Zəfər Günü münasibəti ilə məlumatlandırma aksiyası keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olub, Azərbaycanın üçrəngli Bayrağını ucaldıb - YENİLƏNİB
Dövlət Bayrağı Meydanında yenilənmiş Bayraq Muzeyinin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər