Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi başa çatıb
Far.Az xəbər saytı

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi başa çatıb


Akademik Rus Dram Teatrında Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi başa çatıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, nazirlik nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər.

Vida mərasiminin ardınca cənazə dəfn olunmaq üçün II Fəxri xiyabana aparılıb.

*** 14:26

Azərbaycanın Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir.

Far.Az "Report"a istinadən xəbər verir ki, Akademik Rus Dram Teatrında baş tutan mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mərhumun ailə üzvləri, sənət dostları və media mənsubları iştirak edirlər.

Vida mərasimindən sonra Xalq artisti II Fəxri Xiyabanda dəfn ediləcək.

*** 10:45

Azərbaycanın Xalq artisti Aleksandr Şarovski II Fəxri Xiyabanda dəfn ediləcək.

Bu barədə Far.Az-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mərhum sənətkarla vida mərasimi sentyabrın 9-u saat 14:30-da Səməd Vurğun adına Rus Dram Teatrında keçiriləcək.

*** 09:47

Azərbaycanın Xalq artisti, tanınmış rejissor və aktyor Aleksandr Şarovski vəfat edib.

Far.Az xəbər verir ki, rejissorun vəfatı ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyeva başsağlığı verib.

"Aleksandr Yakovleviç Şarovski. Məkanın cənnət olsun, böyük Ustad!" - Mehriban Əliyeva sosial şəbəkə hesabında yazıb.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər