"Popeyes" Azərbaycanda üçüncü ən böyük filialını açdı
Dünyaca məşhur "fast-food" restoranlar şəbəkəsi "Popeyes®" Azərbaycandakı üçüncü və ən böyük filialının təntənəli açılışını keçirib.
28 May ərazisində, Nikola Tesla Parkının tam qarşısında yerləşən ikimərtəbəli yeni restoran qonaqlara "Popeyes"in özünəməxsus atmosferini, geniş menyusunu və təkmilləşdirilmiş xidmət imkanlarını təqdim edir.
2026-cı ilin fevral ayından etibarən "MOK Group" tərəfindən Azərbaycanda rəsmi olaraq təmsil olunan "Popeyes" qısa müddətdə böyük rəğbət qazanan "Gənclik Mall" və "Crescent Mall" filiallarından sonra yeni məkanın açılışı ilə ölkədəki inkişaf və genişlənmə strategiyasının növbəti mühüm mərhələsinə başlayıb.
Yeni filialda da brendin qlobal standartlarına uyğun olaraq Luiziana mətbəxi ənənələrindən ilhamlanan xüsusi ədviyyat qarışığında 12 saat marinad edilmiş, təzə və yerli toyuqdan hazırlanan "Popeyes" məhsulları təqdim olunur. Yeni məkanın açılışı ilə menyuya bir sıra yeni dadlar əlavə edilib. Həmçinin, qonaqların daha rahat və komfortlu şəkildə xidmət alması üçün daha geniş və funksional məkan istifadəyə verilib.
"Popeyes"in Azərbaycandakı inkişafı yalnız restoran şəbəkəsinin genişlənməsi ilə məhdudlaşmır. Qısa müddət ərzində 250-dən çox əməkdaşı olan Popeyes, genişlənən filial şəbəkəsi ilə yeni iş yerlərinin yaradılmasına və yerli məşğulluğa töhfə verməyə davam edir.
Azərbaycanda "Popeyes®" brendinin rəsmi françayzinq tərəfdaşı olan "MOK Group" restoranların idarə olunması və marketinqi sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərdən biridir. Şirkət Azərbaycanda qida və xidmət sektorunun inkişafına dəstək verməklə yanaşı, dünya səviyyəli restoran brendlərinin yerli bazara inteqrasiyasını həyata keçirir.
"MOK Group"un uzunmüddətli planlarına əsasən "Popeyes Azərbaycan" yaxın illərdə restoran şəbəkəsini ölkə üzrə genişləndirməyi, yeni restoranların açılması ilə əlavə iş imkanları yaratmağı və rəqəmsal sifariş platformalarını təkmilləşdirərək müştərilər üçün daha əlçatan və rahat xidmət imkanları formalaşdırmağı hədəfləyir.
Qalereya
Oxşar xəbərlər
Sizin üçün gətirdik — Əfsanəvi Popeyes® dadı artıq Bakıda
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
"McDonald"s Azərbaycan" Yeni Yasamalda restoran açdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb













