Madrid derbisində şok nəticə: "Real" "Atletiko"ya uduzdu
İspaniya La Liqasının 7-ci turunda keçirilən Madrid derbisində "Real Madrid" səfərdə "Atletiko Madrid"ə 1:2 hesabı ilə məğlub olub.
Far.Az xəbər verir ki, "Riyad Eyr Metropolitano" stadionunda baş tutan qarşılaşmada hesab uzun müddət açılmayıb.
Matçın 52-ci dəqiqəsində "Real Madrid"in müdafiəçisi Din Heysen Culiano Simeoneyə qarşı qayda pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Təyin olunan penaltini Alehandro Qrimaldo dəqiq yerinə yetirərək "Atletiko"nu önə keçirib.
Cəmi 7 dəqiqə sonra Conatan Devid Simeonenin ötürməsindən yararlanaraq hesabı 2:0-a çatdırıb.
"Real Madrid" 89-cu dəqiqədə Antonio Rüdigerin qolu ilə fərqi minimuma endirib. Lakin "kral klubu" qalan dəqiqələrdə hesabı bərabərləşdirə bilməyib.
Bu nəticədən sonra "Atletiko Madrid" 16 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Real Madrid" isə 15 xalla dördüncü sıradadır.
Növbəti turda "Atletiko Madrid" oktyabrın 10-da "Alaves"i qəbul edəcək. Joze Mourinyonun rəhbərlik etdiyi "Real Madrid" isə həmin gün "Vilyarreal"ın qonağı olacaq.
Oxşar xəbərlər
Madrid derbisinin qalibi müəyyənləşib
DÇ-2026: Ən çox qolu kim vurub?
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
-
İraq ordusu ölkənin şimalında qüvvələrini yenidən dislokasiya edir
-
Rusiyada neft emalı son 20 ildən artıq dövrün ən aşağı səviyyəsinə düşüb
-
ABŞ Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə konsepsiya hazırlayıb
-
"Bloomberg": Konqresin razılığı olmasa, ABŞ ordusu təxminən 500 raket ala bilməyəcək













