Daha 3 boksçumuz Avropa çempionatın 1/4 finalında
Bolqarıstanın paytaxtı Sofiyada boksçular arasında Avropa çempionatı davam edir.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha 3 idmançısı mərhələ adlayıb.
Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə dünya çempionumuzun xeyrinə başa çatıb. O, növbəti cəhdində İstvan Szaka (Macarıstan) ilə qarşılaşacaq.
Malik Həsənov (65 kq) da adını 1/4 finala yazdırıb. Avropa çempionatının mükafatçısı ikinci döyüşündə Rumen Rumenovu (Bolqarıstan) mübarizədən kənarlaşdırıb. Boksçumuz ilk raundda tam üstünlüklə qələbə qazanıb. Həsənov üçüncü görüşündə Elvin Əliyevlə (Ukrayna) gücünü yoxlayacaq.
Məhəmməd Abdullayev (+90 kq) də yarışa uğurla başlayıb. Dünya kubokunun sahibi 1/8 finalda Nikolay Burdiujaya (Moldova) qalib gəlib. Abdullayev rəqibini üçüncü raundda tam üstünlüklə məğlub edib. O, 1/4 finalda Omar Şiha (Norveç) ilə qüvvəsini sınayacaq.
Hər 3 görüş sentyabrın 22-si keçiriləcək.
Qeyd edək ki, sentyabrın 25-i yekun vurulacaq yarışda daha öncə 2 boksçumuz adını 1/4 finala yazdırıb.
Oxşar xəbərlər
"UFC Fight Night Baku": Gecənin ikinci əsas döyüşündə Maqomedov Pereyranı məğlub edib - YENİLƏNİB-4
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Azərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub
-
Bu deputatın mandatı ləğv edildi
-
Bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır













