Mikayıl Cabbarov: "Dayanıqlılığın da öz qiyməti var"
"Hər kəs dayanıqlılıq axtarır və bu, tamamilə təbiidir, lakin dayanıqlılığın da öz qiyməti var".
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.
"Təchizat zəncirlərinin şaxələndirilməsi, texnologiyaya çıxışın məhdudlaşdırılması həm istehsal xərclərini artırır, həm də transsərhəd iqtisadi inteqrasiyanı ləngidir. Biz inanırıq ki, hökumətlər hər bir xarici riski aradan qaldıra bilməzlər, lakin onlar öz siyasətlərini daha proqnozlaşdırılan edə və razılaşmaların hörmətlə qarşılanacağını nümayiş etdirə bilərlər.
Məhz buna görə də biz etibarlı olmağı seçmişik və inanırıq ki, etibar əsas nəticədir".
Nazir bildirib ki, 1994-cü ildə aparıcı beynəlxalq energetika şirkətlərinin konsorsiumu ilə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycan ilə aparıcı qlobal enerji şirkətləri arasında güclü əməkdaşlıq modelinin əsasını qoydu. Bu illər ərzində tərəfdaşlarla birlikdə yalnız ölkəmizin sosial-iqtisadi inkişafına deyil, həm də regionun etibarlı enerji təchizatçısına çevrilməsinə töhfə vermişik.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə













