QDTİB: Orta Dəhliz layihələrində investisiya çatışmazlığı 30-35 milyard dollardır
Hazırda Orta Dəhlizin inkişafı ilə bağlı layihələrdə investisiya çatışmazlığı 30-35 milyard ABŞ dolları aralığında qiymətləndirilir.
"Far.Az" xəbər verir ki, bu barədə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) vitse-prezidenti Ziya Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
"Orta Dəhlizdən danışırıqsa, söhbət genişmiqyaslı və strateji əhəmiyyətli investisiya məkanından gedir. İlkin hesablamalara görə, bu istiqamətdə məcmu investisiya kəsiri 30-35 milyard dollar aralığında qiymətləndirilir", - o qeyd edib.
QDTİB vitse-prezidentinin sözlərinə görə, milli hökumətlərin, daxili kapital bazarlarının və regional maliyyə strukturlarının imkanları mövcud investisiya boşluğunu müstəqil və tam şəkildə aradan qaldırmaq üçün kifayət deyil: "Buna görə də vəsaitləri kapital qoyuluşunun əsas mənbəyi kimi nəzərdən keçirilən beynəlxalq maliyyə institutlarının (IFI) və çoxtərəfli inkişaf banklarının rolu prinsipial olaraq vacibləşir. Hazırkı mərhələdə region ölkələrinin hökumətləri və dövlət agentlikləri tələb olunan maliyyələşmə həcmini cəlb etmək məqsədilə fəal danışıqlar aparır və IFI ilə qarşılıqlı əməkdaşlığı genişləndirirlər".
Oxşar xəbərlər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Xorvatiya və Azərbaycan iqtisadi tərəfdaşlığı konkret layihələrə çevirmək niyyətindədir
-
Zığ şosesində yük maşını aşdı: Yol bağlandı
-
"Sabah" Azərbaycan Basketbol Liqasının yeni mövsümünə qələbə ilə start verib
-
Şamaxıda avtomobil piyadanı vuraraq öldürüb













