BƏM Azərbaycanın Ermənistana qarşı iddiasına mahiyyəti üzrə baxmağa qərar verib
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfindən qaldırılmış etirazlara baxmayaraq, Azərbaycanın Ermənistana qarşı iddiasına, o cümlədən, minalarla bağlı faktlara mahiyyəti üzrə baxmağa qərar verib.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov "X" səhifəsində yazıb.
O qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin onilliklər boyu işğalı zamanı Ermənistana qarşı etnik təmizləmə və digər irqi ayrı-seçkilik aktlarına görə işinin davam etdiriləcəyini təsdiqləyib.
Nazir müavini bildirir ki, məhkəmə, həmçinin Ermənistanın minaya düşənlər və partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı iddiaları məhkəmənin yurisdiksiyasından kənarlaşdırmaq cəhdini rədd edib: "Ermənistanın mina kampaniyalarının qurbanları üçün ədaləti təmin etmək həyati əhəmiyyət kəsb edir, bu say faciəvi şəkildə bu günə qədər artmaqda davam edir".
"Azərbaycanın Ermənistan tərəfindən qaldırılan iş üzrə ilkin etirazlarına gəldikdə isə məhkəmə Ermənistanın əsaslandırılmamış iddialarının faktlar və sübutlar baxımından təhlilini əsas müzakirə mərhələsinə saxlayıb. Azərbaycan əmindir ki, məhkəmə tərəfindən araşdırılacaq sübutlar beynəlxalq hüququn pozulmadığını göstərəcək", - E.Məmmədov vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Deputatlar Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini istəyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb













