Biznes sahiblərinə ŞAD XƏBƏR: 10 illik güzəştlər tətbiq olunur
İşğaldan azad edilmiş ərazilər xüsusi iqtisadi zona kimi müəyyənləşdirilib və burada fəaliyyət göstərən sahibkarlara bir sıra vergi və gömrük güzəştləri tətbiq olunur.
BAKU.WS-in məlumatına görə, həmin ərazilərdə həyata keçirilən iqtisadi fəaliyyətlər müəyyən edilmiş qaydalar çərçivəsində 10 il müddətinə bir sıra vergi və rüsumlardan azad edilir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sənaye parklarının yaradılması da sahibkarlar üçün yeni imkanlar formalaşdırıb. Ağdam Sənaye Parkında artıq 30-dan çox rezident fəaliyyət göstərir. Onlardan 9-dan çoxu istehsala başlayıb. Müəssisələrin fəaliyyəti həm daxili tələbatın ödənilməsinə, həm də ixraca yönəlib. Burada işğaldan azad edilmiş ərazilərin bərpasında istifadə olunan məhsulların istehsalına da xüsusi diqqət yetirilir.
Bölgədə kənd təsərrüfatı və emal sənayesinin inkişafı üçün də geniş imkanların olduğu bildirilir. Xüsusilə Ağdam və Füzulidə münbit torpaqlar, əlverişli coğrafi mövqe və iqlim şəraiti kənd təsərrüfatı sahəsində sahibkarlıq üçün əlverişli zəmin yaradır.
Qeyd olunur ki, Qarabağ və Şərqi Zəngəzurda dövlət təşviq mexanizmlərindən yararlanmaq istəyən şirkət və sahibkarlarla iş davam etdirilir. Bu prosesdə mikro, kiçik və orta sahibkarlığın inkişafına da xüsusi önəm verilir.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Tramp Milli Kəşfiyyat direktorunu süni intellektin inkişafı üzrə məsul şəxs vəzifəsinə təklif edib
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb













