Bakıya 4 milyonluq brilyant keçirmək istədi, qarşısı alındı
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən gömrük nəzarətindən gizlədilən külli miqdarda brilyant qaşların ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
BAKU.WS komitəyə istinadən xəbər verir ki, Şarja-Bakı aviareysi ilə ölkəyə gələn Qazaxıstan vətəndaşı "Yaşıl Kanal" buraxılış sistemindən keçməklə gömrük nəzarəti zonasını tərk etmək istəyib.
Vətəndaşın davranışları şübhə doğurduğu üçün gömrük əməkdaşları tərəfindən sərnişin "Qırmızı Kanal"a yönləndirilib və gömrük nəzarəti formaları tətbiq olunub.
Gömrük nəzarəti formalarının tətbiqi zamanı şəxsin üzərindən gömrük orqanına bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən 2502.524 karat brilyant qaşlar aşkar edilib.
Aşkar edilmiş brilyant qaşların dəyəri 4 milyon manatdan artıq qiymətləndirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Kartof yükündə gizlədilən külli miqdarda dərmanın ölkəyə gətirilməsi qarşısı alınıb
Bakıya 4 milyonluq briliant keçiirmək istdədi, qarşısı alındı
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi
Şarja-Bakı reysi ilə gələn sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub
-
Bu deputatın mandatı ləğv edildi
-
Azərbaycan tranzit yükdaşımadan milyardlar qazanacaq
-
Sabahdan temperatur 10° enəcək - XƏBƏRDARLIQ













