"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
"Green Energy Corridor Power Company"nin (GECO) yeni baş direktoru və Direktorlar Şurasının sədri Yusif Qayıbov təyin edilib.
"Report" xəbər verir ki, yeni rəhbərin namizədliyi Azərbaycanın Energetika Nazirliyi və GECO-nun səhmdarı kimi çıxış edən "AzərEnerji" ASC tərəfindən irəli sürülüb. O, faktiki olaraq sentyabrın ortalarından vəzifələrinin icrasına başlayıb, onun de-yure əsasda rəsmi olaraq vəzifəyə başlaması isə noyabrın əvvəlində gözlənilir.
Y.Qayıbov bu vəzifədə bu yaxınlarda Azərbaycan Prezidentinin Sərəncamı ilə Media və Yayım Şurasının üzvü təsdiq edilmiş Fərhad Məmmədovu əvəz edib.
O, yeni təyinatadək "AzərEnerji"nin beynəlxalq maliyyə-kredit institutları ilə qarşılıqlı əlaqə şöbəsinin rəisi vəzifəsində çalışıb.
Xatırladaq ki, bu layihənin həyata keçirilməsi 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş çərçivəsində nəzərdə tutulur. Bu sənəd Avropa istiqamətində "Yaşıl Enerji Dəhlizi"nin formalaşdırılması yolunda mühüm addım olub.
Xəzər-Qara dəniz-Avropa yaşıl dəhlizi layihəsi üzrə birgə müəssisənin yaradılması haqqında Anlaşma Memorandumu 2023-cü il iyulun 25-də Gürcüstan, Macarıstan, Rumıniya və Azərbaycan arasında imzalanıb.
Qara dəniz sualtı kabel layihəsi Gürcüstan və Rumıniyanı birbaşa birləşdirəcək və Cənubi Qafqaz və Cənub-Şərqi Avropanın enerji sistemlərini bir-birinə bağlayacaq ən böyük infrastruktur layihəsidir. Sualtı kabelin uzunluğu 1 115 km suyun altında və 40 km quruda, gərginliyi 525 kV, gücü isə 1 300 MVt olacaq. Qara dəniz vasitəsilə sualtı elektrik kabelinin tikintisinin 2032-ci ildə başa çatması planlaşdırılır.
Layihə Avropa İttifaqının qarşılıqlı maraq doğuran layihə siyahısına daxil edilib. Avropa Komissiyası onun həyata keçirilməsinə 2,3 milyard avro ayırmağı planlaşdırır.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Buxarestdə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Tramp Milli Kəşfiyyat direktorunu süni intellektin inkişafı üzrə məsul şəxs vəzifəsinə təklif edib
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb













