Məşhurlar 24 il sonranı təkrarladılar
Far.Az xəbər saytı

Məşhurlar 24 il sonranı təkrarladılar


Əməkdar artist Nailə İslamzadənin sosial şəbəkə paylaşımı marağa səbəb olub.

Far.Az xəbər verir ki, teleaparıcı şəxsi instaqram hesabında Əməkdar artist Elxan Şirinovun məşhur "Bağışla" ifasını paylaşıb.

Sözügedən ifa 24 il əvvəl "Ailələr və talelər" verilişində səsləndirilib.

"24 il sonra... Eyni mahnı, başqa bir zaman və dəyişməyən bir duyğu. Elxan Şirinov 2002-ci ildə "Ailələr və talelər" verilişində oxuduğu "Bağışla" mahnısını illər sonra, bu dəfə İctimai Televiziyanın "Cümə axşamı" verilişində, çəkiliş arası fasilədə, keçən günlərdən danışarkən, bədahətən yenidən oxudu... Saleh Bağırov da həmin anı telefonunun kamerasına köçürdü. Videoda 2002-ci ilin mahnısı da var. Bəlkə də musiqinin ən gözəl möcüzəsi budur - illər keçir, insanlar dəyişir, amma bəzi xatirələr olduğu kimi qalır" - deyə, Əməkdar artist vurğulayıb.

Həmin kadrları təqdim edirik:

Oxşar xəbərlər

Nailə Balayeva: Jurnalistin əsas silahı mənbədir
2025-ci ildə vəfat edən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI
Övladlarını gənc yaşda itirən məşhurlar - SİYAHI
2025-ci ildə nənə-baba olub, nəvə toyu görən MƏŞHURLAR - SİYAHI
Aygün Kazımovanın ad günündə geyimləri ilə bərq vuran MƏŞHURLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər