Ermənistanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb
Far.Az xəbər saytı

Ermənistanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb


Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Narek Tiraturyan Belarusun Xarici İşlər Nazirliyinə çağırılıb.

Far.Az-nın xəbərinə görə, bu barədə məlumat Belarus Xarici İşlər Nazirliyinin internet saytında yerləşdirilib.

Bldirilib ki, diplomatik nümayəndəyə bu ölkənin İrəvandakı Səfirliyinin binasına qarşı törədilmiş vandalizm aktı, eləcə də ölkənin hüquq-mühafizə orqanlarının bu hadisənin qarşısını almaq üçün tədbirlər görmədiyi barədə məlumat verilib

Ermənistanın müvəqqəti işlər vəkilinin diqqətinə həm səfirlik binasının, həm də onun əməkdaşlarının təhlükəsizliyinin Vyana Konvensiyasının tələblərinə əsasən qorunmalı olduğu çatdırılıb.

Belarusun Xarici İşlər Nazirliyindən o da bildirilib ki, rəsmi Minsk bu hadisəni törədənlərin cəzalandırılacağına və ziyanın ödəniləcəyinə əmindir.

Oxşar xəbərlər

Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Belarusun İrəvandakı səfirliyi qarşısında aksiya keçirilib, binaya pomidor, yumurta atılıb
ABŞ-nin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
ABŞ-nin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb - VİDEO
İran səfiri Almaniya XİN-ə çağırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər