Taliban: Əfqanıstanda sülh bərqərar olub, ölkə dünya ticarətinin tranzit mərkəzinə çevrilə bilər
Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi ölkədə hərbi əməliyyatların dayandırıldığını və sabitliyin təmin edildiyini bildirib.
BAKU.WS xəbər verir ki, Müttəqi bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra deyib. Onun sözlərinə görə, yaranmış vəziyyət Əfqanıstanın dünya ticarəti üçün tranzit mərkəzinə çevrilməsinə və iqtisadi layihələrdə iştirakına imkan yaradır.
Nazir bildirib ki, son beş il ərzində Kabul digər ölkələrlə əməkdaşlıq baxımından etibarlı tərəfdaş olduğunu göstərib.
Qeyd edək ki, Sergey Lavrov da Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsindən sonra ölkədə idarəçilik və təhlükəsizlik sahəsində müəyyən nəticələrin əldə edildiyini bildirib. Onun sözlərinə görə, yüzlərlə silahlı şəxs zərərsizləşdirilib və xarici vətəndaşlar, eləcə də diplomatik nümayəndəliklərə qarşı bir sıra terror aktlarının qarşısı alınıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Daşkənddə Əmir Teymurun 690 illiyi münasibətilə beynəlxalq konfrans başlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
Braziliyada prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
-
Messinin Argentina millisində son oyunu bəlli oldu
-
Atası ilə son danışığından üç gün sonra şəhid oldu: Fərid Məmmədzadənin həyat hekayəsi













