AAYDA: "Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır"
Mehdiabad-Diğah–Məmmədli avtomobil yolunun Məmmədli qəsəbəsi ərazisindən keçən hissəsində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi, yolun asfalt-beton örtüyünün əsaslı təmirinin həyata keçirilməsi məqsədilə ilk növbədə ətraf ərazilərində toplanan yağış və qrunt sularının avtomobil yolundan kənarlaşdırılması üçün zəruri tədbirlər görülməlidir.
Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, mövcud vəziyyət göstərir ki, sözügedən ərazidə yağış və yeraltı suların effektiv idarə olunmaması yolun müəyyən hissələrində deformasiyalara səbəb olub, eyni zamanda təmir-bərpa işlərinin dayanıqlı və keyfiyyətli şəkildə aparılmasını çətinləşdirib.
"Bu baxımdan, asfalt örtüyünün təmirinə başlamazdan əvvəl aidiyyəti qurum tərəfindən səth və qrunt sularının kənarlaşdırılması məqsədilə drenaj sisteminin və suötürücü xətlərin inşası zəruri şərt kimi qiymətləndirilir. Qeyd olunan məsələnin həlli və müvafiq mühəndis-kommunikasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə Agentlik tərəfindən aidiyyəti quruma müraciət edilmişdir. Yalnız bu tədbirlər aidiyyəti qurum tərəfindən icra edilib başa çatdırıldıqdan sonra yolda təmir-bərpa işləri həyata keçirilə bilər", - AAYDA-nın məlumatında qeyd olunub.
Oxşar xəbərlər
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"
Güclü qar Qəbələnin dağlıq kəndlərinə gediş-gəlişi çətinləşdirib
Sabirabadda qrunt sularının axıdılması üçün açıq körpü tikiləcək
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
Braziliyada prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
-
Messinin Argentina millisində son oyunu bəlli oldu
-
Atası ilə son danışığından üç gün sonra şəhid oldu: Fərid Məmmədzadənin həyat hekayəsi













