Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilib - YENİLƏNİB
Far.Az xəbər saytı

Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilib - YENİLƏNİB


Göygöl şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi" mövzusunda regional konfrans keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, konfransda Dövlət Komitəsi ilə Göygöl Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Konfransda çıxış edən Göygöl rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov bildirib ki, Azərbaycanda tolerantlıq və dini həmrəylik ənənələrinin möhkəmləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi məqsədyönlü siyasi kurs əsasında ölkədə multikultural və milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirilir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında Azərbaycanda birgəyaşayış mədəniyyətinin tarixinin yüzilliklərlə, hətta minilliklərlə ölçüldüyünü qeyd edib. Müxtəlif dinlərin və etnik qrupların əsrlərdir bir arada yaşadığı ölkəmiz üçün multikulturalizm və tolerantlıq həyat tərzidir, bu dəyərlərin qorunması isə əsas prioritetlərdəndir.

G.İsmayılov bildirib ki, qarşılıqlı hörmət mühitinin gələcək nəsillərə ötürülməsi, inkişaf etdirilməsi və zamanın tələblərinə uyğun yeni çalarlarla zənginləşdirilməsi mühüm vəzifələrdəndir. Eyni zamanda, cəmiyyətdəki bu sabitliyə yönələn bəzi təhdidlərin, o cümlədən məzhəbçilik meyillərinin müşahidə olunduğunu vurğulayıb. Onun sözlərinə görə, bu cür yanaşmalar milli birliyə və sabit ictimai mühitə xələl gətirə bilər.

Sədr müavini bildirib ki, dini və məzhəb məsələlərindən sui-istifadə edərək milli birliyi zəiflətməyə yönələn meyillərə qarşı ən prinsipial mövqeyi din xadimləri nümayiş etdirməlidirlər. Onun fikrincə, şəhid, qaz və ümumvətən anlayışı dini və məzhəb fərqlərindən asılı olmayaraq Azərbaycan cəmiyyətini birləşdirən ortaq dəyərlərdir.

Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən din siyasəti etiqad azadlığının təmin olunmasına, ölkədə dinc yanaşı yaşayış ənənələrinin qorunmasına yönəlib. Dini icmalara göstərilən dövlət dəstəyi, eləcə də tarixi-dini abidələrin mühafizəsi, bərpası və yenidən qurulması istiqamətində görülən işlər bu siyasətin mühüm göstəricilərindəndir.

Deputat çıxışında ideoloji təhlükəsizlik məsələsinə də toxunaraq qeyd edib ki, kənardan gələn zərərli ideoloji təsirlər, milli-mənəvi dəyərlərə qarşı təxribatlar və cəmiyyətdə fikir ayrılığı yaratmaq cəhdləri qarşısında əsas vəzifələrdən biri milli birliyin qorunmasıdır.

Daha sonra konfrans işini "Müxtəliflik şəraitində birgəyaşayış və qarşılıqlı hörmət" və "Fərqli inanclar, ortaq dəyərlər: müasir çağırışlar fonunda birgə məsuliyyət" mövzuları üzrə panel müzakirələrlə davam etdirib.

Göygöl şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi" mövzusunda regional konfrans başlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, konfransda Dövlət Komitəsi ilə Göygöl Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edirlər.

Tədbir çərçivəsində həmçinin "Müxtəliflik şəraitində birgəyaşayış və qarşılıqlı hörmət" və "Fərqli inanclar, ortaq dəyərlər: müasir çağırışlar fonunda birgə məsuliyyət" mövzuları üzrə panel müzakirələr də təşkil olunacaq.

Oxşar xəbərlər

Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər