Orta Dəhliz ölkələri vahid idarəetmə platforması yaradırlar
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM, Orta Dəhliz) iştirak edən ölkələr öz modelinə görə Baltik Dənizi Dövlətləri Şurası ilə müqayisə edilə bilən vahid institusional idarəetmə platformasının formalaşdırılması üzərində işləyirlər.
"Far.Az" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev Bakıda keçirilən Almaniya-Azərbaycan Əlaqəlilik konfransında deyib.
"Hazırda Orta Dəhliz boyunca Baltik Dənizi Dövlətləri Şurasına bənzər bir platforma yaradılır", - F.Əliyev qeyd edib.
O izah edib ki, yeni strukturun fəaliyyətinin hüquqi əsasını marşrutun inkişafı ilə bağlı məsələlərin tam spektrini əhatə edəcək çoxtərəfli tranzit sazişi təşkil edəcək: "Bizim bütün aspektləri: hüquqi və texniki prosedurları, rəqəmsallaşmanı, infrastrukturun inkişafını və s. əhatə edən tranzit sazişimiz var. Beləliklə, dəhlizin inkişafının bütün aspektləri bu vahid platforma çərçivəsində nəzərdən keçirilir".
F.Əliyev aydınlaşdırıb ki, sistemin arxitekturasının ikisəviyyəli formatda qurulması nəzərdə tutulur: "Birinci səviyyədə ekspert işçi qrupları fəaliyyət göstərəcək, ikinci səviyyəni - icra orqanını isə TBNM-də iştirak edən ölkələrin yüksək vəzifəli şəxsləri və müvafiq nazirləri təşkil edəcək. Gözləyirik ki, institusional bazanın qurulması marşrut boyunca logistik proseslərin idarə edilməsinə keçidi təmin edəcək və onun potensialını tam şəkildə reallaşdırmağa imkan verəcək".
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir













