12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür"
Rusiyanın Rostov şəhərində 12 azərbaycanlı dənizçi "Consul" adlı gəmidə 4 aydır çıxılmaz vəziyyətdə qalıb. Onlar ərazidə gəmilərə endirilən davamlı dron hücumları səbəbindən layneri tərk edə bilmədiklərini və təhlükə altında olduqlarını deyirlər.
BAKU.WS xəbər verir ki, "Bakupost"a müraciət edən kapitan Səbuhi Salahov bildirib ki, gəmi Rostova yük götürmək üçün gəlib və Moldovaya bir səfər edib. Növbəti səfər zamanı isə əraziyə dron hücumları başlayıb və gəminin hərəkəti dayanıb:
"İkinci səfərimiz zamanı gəmiləri vurmağa başladılar. Yollar bağlandı. Artıq 4 aydır gəmi Rostovda lövbərdədir".
Dənizçilərin sözlərinə görə, gəmi Türkiyənin "Adler Gemiçilik" şirkətinə məxsusdur. Rəhbərlərindən azərbaycanlı Elman Mürsəlov, digəri isə Türkiyə vətəndaşı Müzeffer Salim adlı şəxsdir.
Gəmi heyəti uzun müddətdir maaşlarının ödənmədiyini, telefonlarının bloklandığını və Azərbaycana qayıtmaları üçün onlara şərait yaradılmadığını deyirlər:
"Nə yol pulu verirlər ki, evə gedək, nə yeməkpulu, nə də maaşlarımızı ödəyirlər. Məvacibimizi alıb evə dönmək istəyirik. Yanımızda hər həftə bir gəmi vurulur. Hər saniyəmiz ölümdür. Aidiyyəti qurumlardan xahiş edirik, səsimizi səs versinlər".
Onun sözlərinə görə, ərazidə olan bəzi gəmilərin heyətləri gəmi sahiblərinin razılığı ilə evlərinə göndəriliblər. Lakin onların çalışdığı şirkət tərəfindən bununla bağlı heç bir addım atılmayıb.
S.Salahov bildirib ki, hazırda gəmidə 12 azərbaycanlı dənizçi var. Onların əsas tələbi yığılıb qalan maaşlarının ödənilməsi və Azərbaycana qayıtmaları üçün şərait yaradılmasıdır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir













