Alimlərdən maraqlı araşdırma: Ayrılıq qadınlara, yoxsa kişilərə daha pis təsir edir?
Far.Az xəbər saytı

Alimlərdən maraqlı araşdırma: Ayrılıq qadınlara, yoxsa kişilərə daha pis təsir edir?


Kişilərin münasibətlərin bitməsini qadınlardan daha asan qəbul etdiyi fikri elmi araşdırmalarla sual altına alınıb.

Far.Az xəbər verir ki, müxtəlif tədqiqatların nəticələrinə əsasən, kişilər ayrılıqdan sonra emosional baxımdan daha həssas vəziyyətə düşə və münasibətin bitməsindən daha uzun müddət əziyyət çəkə bilərlər.

Lancaster Universiteti və Sürix Universitetinin psixoloqları tərəfindən 184 mindən çox insanın iştirakı ilə aparılan araşdırmada kişilərin ayrılıqla bağlı ağrı və peşmanlıqlarından qadınlardan daha çox danışdıqları müəyyən edilib.

Alimlər anonim forumlardakı paylaşımları təhlil edərək kişilərin keçmiş partnyorlarını unutmaqda çətinlik çəkdiklərini və ürək ağrısı ilə bağlı ifadələrdən daha çox istifadə etdiklərini müəyyənləşdiriblər.

Mütəxəssislər bunun səbəblərindən birinin cəmiyyətdə kişilərə emosiyalarını açıq şəkildə ifadə etməyə daha az imkan verilməsi olduğunu bildirirlər. "Ağlama", "güclü ol" kimi yanaşmalar kişilərin hisslərini bölüşməsini çətinləşdirə bilər.

Araşdırmalara görə, kişilər emosional dəstək baxımından romantik partnyorlarından daha çox asılı ola bilirlər. Qadınlar isə dostları və ailə üzvləri ilə emosional ünsiyyəti daha geniş şəkildə davam etdirirlər.

Klinik psixoloq Olqa Katelina qeyd edir ki, bir çox kişi üçün münasibət emosional baxımdan açıq ola bildiyi yeganə mühitdir. Bu səbəbdən ayrılıq zamanı onlar yalnız sevdikləri insanı deyil, həm də əsas emosional dəstək mənbələrini itirə bilirlər.

Mütəxəssislər ayrılıq yaşayan şəxslərə hisslərini qəbul etməyi, yaxınları ilə danışmağı, sosial əlaqələrdən uzaqlaşmamağı, yuxu və qidalanmaya diqqət etməyi tövsiyə edirlər.

Oxşar xəbərlər

Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər