Fərid Qayıbov "İdman ustası" vəsiqələri təqdim edib
Oktyabrın 7-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.
Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan İdman Akademiyasında keçirilən görüşdə "İdman ustası" dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanları təqdim edilib.
Fərid Qayıbov beynəlxalq arenalarda qazanılan uğurları yüksək qiymətləndirib, idmançıları və onların məşqçilərini təbrik edib. Bildirib ki, sentyabr ayı ərzində beynəlxalq yarışlarda Azərbaycanın Dövlət Himni 16 ölkədə səsləndirilib. İdmançılar ümumilikdə 72 qızıl, 48 gümüş və 71 bürünc medal qazanıblar.
Tədbirdə beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Görüş zamanı bir sıra idman növlərinin nümayəndələri iştirak etdikləri beynəlxalq yarışlar və əldə etdikləri nəticələr barədə məlumat veriblər.
Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar və qələbələr arzulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Fərid Qayıbov son 2 ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb
Fərid Qayıbov Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şamil Ayrım: Türkiyəyə qarşı soyqırım iddiasının obyektiv araşdırılması üçün arxivlərin açılması zəruridir
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
Bakı–Qazax avtomobil yolunda qəza olub, 3 nəfər ölüb
-
QMİ sədri: Süni intellekt insanı ibadətdə əvəz etməməlidir
-
Messi Argentina millisinin DÇ-2026 finalında məğlubiyyətinin səbəbini açıqladı
-
Azərbaycan BMT-də insan hüquqları bəhanəsi ilə dövlətlərin daxili işlərinə qarışılmasına qarşı çıxıb













