Slovakiya Azərbaycandan ildə 1 milyard kubmetr qaz almağı nəzərdən keçirir
Slovakiya Rusiyadan qaz idxalının dayandırılması planı fonunda Azərbaycan, Əlcəzair və ABŞ-dən ildə təxminən 1 milyard kubmetr qaz tədarükünü nəzərdə tutan uzunmüddətli müqavilə imzalamaq imkanlarını araşdırır.
"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova bildirib.
Nazirin sözlərinə görə, ölkəyə 2027-ci ilin sentyabrından etibarən yeni qaz tədarükü müqaviləsi lazım olacaq. Mümkün təchizatçılar sırasında Azərbaycan, Əlcəzair və ABŞ nəzərdən keçirilir.
Sakova qeyd edib ki, Slovakiyanın dövlətə məxsus əsas qaz təchizatçısı SPP-nin anbarlarında 17,5 teravatt-saat qaz ehtiyatı mövcuddur. Bu həcm ölkənin illik qaz istehlakının təxminən 35 faizinə bərabərdir və qarşıdan gələn istilik mövsümü üçün ehtiyatların formalaşdırılmasına imkan verir.
Avropa İttifaqının planına əsasən, Rusiya qazının idxalına qoyulacaq məhdudiyyətlərin 2027-ci ildə qüvvəyə minməsi gözlənilir. Bu şəraitdə Slovakiya alternativ təchizat mənbələri axtarır.
Qeyd edək ki, Azərbaycandan qaz alan ölkələrin 10-u Avropa İttifaqının üzvüdür. Ümumi ixrac coğrafiyası isə Türkiyə, Gürcüstan və Suriya da daxil olmaqla 16 ölkəni əhatə edir. Azərbaycan ötən müddətdə Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə daha çox dövlətə enerji məhsulunu çatdıra bilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar













