ABŞ Prezidenti G20 sammitində Meloni ilə görüşə biləcəyini istisna etməyib
ABŞ Prezidenti Donald Tramp dekabrın 14–15-də Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək "Böyük iyirmilik" (G20) sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşə biləcəyini istisna etməyib.
"Far.Az" xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
İtaliya hökumətinin başçısı ilə danışıqların mümkünlüyü barədə suala cavab verən Tramp onunla münasibətlərinin yaxşı olduğunu vurğulayıb.
"Onunla münasibətlərim əladır. Düşünürəm ki, yəqin ki, görüşəcəyik", – ABŞ Prezidenti deyib.
Qeyd edək ki, iyunda Tramp və Meloni arasında ictimaiyyət qarşısında kəskin bəyanat mübadiləsi baş verib. ABŞ Prezidenti İtaliyanın Baş nazirini nankorluqda və G7 sammitində çəkilmiş birgə fotodan öz populyarlığını artırmaq məqsədilə istifadə etməyə çalışmaqda ittiham edib.
Meloni isə cavabında Trampa öz reytinqinə diqqət yetirməyi tövsiyə edib və onunla dostluq münasibətlərinin öz populyarlığının artmasına kömək etmədiyini bildirib.
Oxşar xəbərlər
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
İlham Əliyevin Ciorcia Meloni ilə geniş tərkibdə görüşü olub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək













