MTP rəhbəri Qarabağ və Şərqi Zəngəzurun infrastrukturunun inkişafındakı əhəmiyyətli irəliləyişi qeyd edib
Far.Az xəbər saytı

MTP rəhbəri Qarabağ və Şərqi Zəngəzurun infrastrukturunun inkişafındakı əhəmiyyətli irəliləyişi qeyd edib


Son altı ildə Qarabağ və Şərqi Zəngəzurda yol və nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli irəliləyiş əldə edilib. Bunun sayəsində regionda hərəkətə sərf olunan vaxt xeyli azalıb.

"Far.Az"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, bunu regionda səfərdə olan səyyahlar qrupuna rəhbərlik edən "Most Traveled People" (MTP) beynəlxalq səyyahlar klubunun təsisçisi Çarlz Vili bildirib.

Onun sözlərinə görə, klub son altı ildir Qarabağ və Şərqi Zəngəzura səfərlər təşkil edir, bu da baş verən dəyişiklikləri müşahidə etməyə imkan verir.

"Bu gün biz yeni yolun bir hissəsini cəmi 10 dəqiqəyə qət etdik, halbuki əvvəllər, Xocavənd tərəfdən girişdə buna bir neçə saat vaxt gedirdi. Bu, çox böyük bir irəliləyişdir", - o deyib.

Vili həmçinin Zəngəzur dəhlizi istiqamətində nəqliyyat infrastrukturunun tikintisini yüksək qiymətləndirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfində zəruri infrastrukturun yaradılması, o cümlədən yolların və tunellərin tikintisi üzrə aktiv işlər aparılır.

"Gələcəkdə buraya qayıtmaq və bu nəqliyyat dəhlizini (Zəngəzur – red.) tam başa çatmış görmək çox maraqlı olardı", - o vurğulayıb.

Qeyd edək ki, bu gün beynəlxalq səyyahlar qrupunun Qarabağ və Şərqi Zəngəzura səfərinin üçüncü günüdür. Nümayəndə heyətinin tərkibində 13 ölkədən 40-a yaxın şəxs var.

Bu, 2021-ci ildən bəri aparıcı beynəlxalq səyyahlar klublarının regiona artıq 17-ci qrup səfəridir.

Oxşar xəbərlər

Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Böyük Britaniya kralı III Çarlz Qarabağ atlarının şousunu izləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər