Zelenski: Ukrayna yaxın günlərdə F-16 üçün Finlandiyadan döyüş sursatları alacaq
Far.Az xəbər saytı

Zelenski: Ukrayna yaxın günlərdə F-16 üçün Finlandiyadan döyüş sursatları alacaq


Ukrayna yaxın günlərdə F-16 qırıcı təyyarələri üçün Finlandiyadan döyüş sursatları alacaq.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığının yekunlarına dair bildirib.

"Hava məkanımızın müdafiəsi üçün yardım paketinə görə minnətdaram. Yaxın günlərdə biz F-16 üçün döyüş sursatları alacağıq. Məhz onlar hazırda reaktiv "Shahed"ləri vurmağa imkan verir", - o qeyd edib.

Bununla yanaşı, Zelenski Stubba Rusiya zərbələri barədə məlumat verib.

"Biz həmçinin yeni bir çağırışı müzakirə etdik: Rusiyanın neft məhsullarının ixracından əldə edə biləcəyi əlavə gəlirlər sonradan Rusiyanın növbəti hücumlarını maliyyələşdirmək üçün istifadə oluna bilər. Mövcud şəraitdə faydalı ola biləcək görüşlər hazırlayır və addımlarımızı əlaqələndiririk", - Zelenski yazıb.

Oxşar xəbərlər

İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Aleksandr Stubb ilə görüşüb
Stubb və Zelenski Rusiyanın Kiyevə genişmiqyaslı hücumunu müzakirə ediblər
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
Aleksandr Dümanın baş çəkdiyi Qubanın tarixi abidəsi: "Hündür günbəzli hamam"
İlham Əliyevin Qəbələdə Volodimir Zelenski ilə görüşü olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər