Emoməli Rahmon Asiya ölkələrinin dialoqunda AQEM-in rolunu gücləndirməyə çağırıb
Far.Az xəbər saytı

Emoməli Rahmon Asiya ölkələrinin dialoqunda AQEM-in rolunu gücləndirməyə çağırıb


Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) qitə ölkələri arasında dialoq üçün platforma kimi daha əhəmiyyətli və səmərəli rol oynamağa qadirdir.

"Report" xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rahmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Bakıda keçirilən VII Zirvə Toplantısında çıxışı zamanı deyib.

O, sammitin uğurlu təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edərək göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.

"Bugünkü sammitin yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə hörmətli İlham Əliyevə minnətdarlığımı bildirirəm. Hazırkı görüşümüz beynəlxalq vəziyyətin mürəkkəb və həssas olduğu, geosiyasi rəqabətin, münaqişələrin və təhlükəsizlik təhdidlərinin beynəlxalq münasibətlərin sabitliyinə ciddi təsir göstərdiyi şəraitdə keçirilir", - Rahmon deyib.

Tacikistan Prezidenti həmçinin Laosu AQEM-ə tamhüquqlu üzv kimi qoşulması münasibətilə təbrik edib.

Onun sözlərinə görə, mövcud şəraitdə uzunmüddətli sülh və sabitlik üçün möhkəm təməl yalnız suverenliyə hörmət, etimad və qarşılıqlı anlaşma, beynəlxalq hüquq prinsiplərinə riayət, eləcə də mübahisələrin və fikir ayrılıqlarının dinc yolla həlli əsasında yaradıla bilər.

"Tacikistan beynəlxalq münasibətlərin çoxqütblü sisteminin möhkəmləndirilməsini və dövlətlər arasında yaradıcı əməkdaşlığın inkişafını dəyişməz şəkildə dəstəkləyir. Əminik ki, AQEM qitə ölkələri arasında dialoq platforması kimi daha da effektiv rol oynamağa qadirdir", - Emoməli Rahmon vurğulayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər