Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb
Far.Az xəbər saytı

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Prime Cotton İFT" MMC-ni dövlət qeydiyyatına alıb.

"Report" xəbər verir ki, yeni şirkət Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı "Prime Cotton" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 95 ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 32 milyon 83 min 269 manat, qanuni təmsilçisi isə Böyük Britaniya vətəndaşı Randall Mark Nicholas-dır.

Xatırladaq ki, "Prime Cotton" 1995-ci ildə "MKT İstehsalat Kommersiya" adı ilə yaradılıb, 2024-cü ildə rebrendinq edib. Şirkət tekstil məhsullarının istehsalı üzrə ixtisaslaşmış, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Mingəçevir Sənaye Parkında fəaliyyət göstərir, Azərbaycanın özəl şirkətləri arasında qeyri-neft-qaz məhsullarının ən böyük ixracatçılarından biridir.

Oxşar xəbərlər

İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər