Azərbaycanda müharibədən sonrakı dövrdə 441 nəfər minaya düşüb, onlardan 73-ü həlak olub
Far.Az xəbər saytı

Azərbaycanda müharibədən sonrakı dövrdə 441 nəfər minaya düşüb, onlardan 73-ü həlak olub


Azərbaycanda İkinci Qarabağ müharibəsindən sonra 441 nəfər minaya düşüb, onlardan 73-ü həlak olub.

"Far.Az" xəbər verir ki, bunu "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyinin sədri Hafiz Səfixanov deyib.

O söyləyib ki, onlardan 58 nəfəri mülki şəxsdir, aralarında qadınlar və uşaqlar da var:

"Azərbaycan mina qurbanlarının sayına görə Cənubi Qafqazda birincidir. Təəssüf ki, bu say artmaqda da davam edir. Buna görə mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilməlidir".

Təşkilat rəhbəri vurğulayıb ki, "İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirilməsi" adlı layihənin icrası yekunlaşır:

"Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun, eyni zamanda Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə birgə elan etdiyi qrant müsabiqəsi çərçivəsində həyata keçirilib.

Layihənin əsas məqsədi işğaldan azad edilmiş Xocavənd,Cəbrayıl, Zəngilan, Laçın, Şuşa və Kəlbəcər rayonlarına daimiyaşamaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin, bu ərazilərdə işləyən və təhsil alan şəxslərin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi, partlayış risklərinin azaldılması və təhlükəsiz davranış vərdişlərini formalaşdırılması olub".

Maarifləndirmə tədbirlərində Kəlbəcər, Şuşa, Cəbrayıl, Xocavənd şəhərlərində, Laçın rayonunun Bəylik, Sus, Zabux kəndlərində, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində və Xanoba kəndində və Zəngilan rayonunun Ağalı kəndindəgeri qayıtmış keçmiş məcburi köçkünlər, müəllimlər, şagirdlər, FHN və polis əməkdaşları, otel tikintisində çalışan mühəndis və fəhlələr iştirak ediblər. Ümumilikdə, azad edilmiş ərazilərdəki 691 nəfər maarifləndirmə tədbirlərinə qatılıb".

YENİLƏNİR

Oxşar xəbərlər

Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər