Tokayev Macarıstanda səfərdədir
Far.Az xəbər saytı

Tokayev Macarıstanda səfərdədir


Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Macarıstanda səfərdədir.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti (Aqorda) bildirib.

“Budapeşt hava limanında dövlət başçısını Macarıstanın Baş naziri Viktor Orban qarşılayıb”, – mətbuat xidməti diqqətə çatdırıb.

Bildirilib ki, Qazaxıstan lideri Prezident Tamaş Şuyok və hökumət başçısı Viktor Orbanla danışıqlar aparacaq.

“Danışıqlarda ölkələr arasında siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə strateji tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq”, – məlumatda vurğulanıb.

Mətbuat xidməti Qazaxıstan Prezidentinin həmçinin Macarıstan biznes kapitanları ilə görüşməyi planlaşdırır.

Macarıstan Baş naziri Ofisinin Beynəlxalq kommunikasiya və əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç siyasətçilərin rəsmi danışıqlardan öncə Puşkaş Arenadan Macarıstan – Almaniya futbol matçını izləyəcəklərini qeyd edib.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Orban İtaliya və Macarıstanın Brüsselə təslim olmayacağını bildirib
Bakıda Macarıstanın Milli Günü qeyd edilib
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər