Azərbaycanlı gənc müğənni "Eurovision Song Contest Asia"nin açılışında çıxış edəcək
Far.Az xəbər saytı

Azərbaycanlı gənc müğənni "Eurovision Song Contest Asia"nin açılışında çıxış edəcək


Gənc müğənni Camal Qasımov növbəti uğura imza atıb.

Far.Az xəbər verir ki, Qafqazın ən böyük musiqi festivallarından olan "DreamFest"də çıxışından sonra sənətçi Asiyada ilk dəfə keçiriləcək "Eurovision Song Contest Asia" mahnı müsabiqəsinin rəsmi açılış proqramına fəxri qonaq kimi dəvət alıb.

Bu barədə "Zoop Club"ın rəsmi sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Camal Qasımov noyabrın 14-də Tailandın paytaxtı Banqkokda baş tutacaq tədbirdə səhnəyə çıxacaq.

Bu dəvət ifaçıya beynəlxalq auditoriya qarşısında çıxış etmək və yaradıcılığını daha geniş miqyasda təqdim etmək imkanı yaradacaq.

Xatırladaq ki, Camal Qasımov İtaliyada keçirilən "Sanremo Junior" beynəlxalq mahnı müsabiqəsində "Affirmation" mahnısı ilə Azərbaycanı təmsil edərək ilk üçlükdə yer qazanmışdır.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər