Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq dərindir
Türk dünyasının birliyi hər hansı bir dövlətin digərinin üzərində hakimiyyət qurması mənasına gəlmir və Azərbaycanla Türkiyə arasındakı qardaşlıq tarixi bir mahiyyət daşıyacaq qədər dərindir.
Bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı "Facebook" hesabında yazıb.
"Türk dünyasının birliyi, hər hansı bir dövlətin digərinin üzərində hakimiyyət qurması mənasına gəlmir. Bizim arzuladığımız müstəqil dövlətlərin suveren bərabərliyi əsasında, qarşılıqlı hörmət və qardaşlıq hüququ ilə güclənən, hər bir üzvümüzün milli varlığını və iradəsini qoruyan bir birlikdir", - o bildirib.
O bildirib ki, Türk dünyasını təşkil edən qardaş dövlətlərlə bağların zədələnməsi, yalnız iki dövlət arasındakı münasibətlərə aid olan bir məsələ kimi görülə bilməz: "Bu bağlar, tariximizin, qarşılıqlı etimadımızın və gələcəyə yönəlik məfkurələrimizin ayrılmaz bir parçasıdır.
Azərbaycanla Türkiyə arasındakı qardaşlıq, gündəlik hadisələrin sərhədlərinə sığışdırıla bilməyəcək qədər köklü; siyasi və diplomatik məsələlərin fövqündə tarixi bir mahiyyət daşıyacaq qədər dərindir. Qardaşlığımız, iki millətin iradəsi ilə güclənmiş, ortaq mübarizələrlə möhkəmlənib və nəsillər boyu yaşadılıb".
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
-
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
-
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb
-
Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!













