"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb
"Parker Russell Azerbaijan" beynəlxalq səviyyədə növbəti uğura imza ataraq "Best Consulting Firm 2026" ("2026-cı ilin ən yaxşı konsaltinq şirkəti") mükafatına layiq görülüb.
Mükafat Londonda keçirilən "Parker Russell International Qlobal Forumu" çərçivəsində təqdim olunub.
Bu mükafat "Parker Russell Azerbaijan"ın konsaltinq sahəsində fəaliyyətinin inkişafının, həyata keçirilən layihələrin uğurlu nəticələrinin və müştərilərə göstərilən xidmətlərin yüksək keyfiyyətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Əldə olunan nailiyyət şirkətin peşəkar yanaşmasını, davamlı inkişaf strategiyasını və müştəri məmnuniyyətinə verdiyi önəmi bir daha təsdiqləyir.
Forum çərçivəsində "Parker Russell Azerbaijan"ın icraçı direktoru Azər Quliyev "İnkişaf etməkdə olan iqtisadiyyatlarda korporativ borc bazarlarının inkişafı" ("Development of Corporate Debt Markets in Emerging Economies") mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı korporativ borc bazarlarının biznes subyektləri üçün alternativ maliyyələşmə imkanlarının genişləndirilməsində rolu, bu bazarların inkişaf perspektivləri və inkişaf etməkdə olan iqtisadiyyatlarda maliyyə bazarlarının təkmilləşdirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Bu mükafat "Parker Russell Azerbaijan"ın beynəlxalq konsaltinq bazarında mövqeyinin möhkəmləndirilməsi və peşəkar fəaliyyətinin beynəlxalq səviyyədə tanınması baxımından əhəmiyyətli nailiyyət hesab olunur. Şirkətin əldə etdiyi bu uğur həmçinin Azərbaycanda konsaltinq sektorunun inkişafı və yerli mütəxəssislərin beynəlxalq platformalarda təmsil olunması baxımından diqqətəlayiq hadisədir.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
"Regional sülh, əməkdaşlıq və Qarabağın dirçəlişinə strateji baxış" mövzusunda forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
-
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
-
Bratislavadan Bakıya ilk aviareys yola düşüb
-
U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariq yığmasına qalib gəlib
-
Azərbaycan Kuboku: "Kəpəz" 1/8 finala yüksələn növbəti komanda olub
-
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib













