Almaniya XİN rəhbəri: Avropa iqlim gündəliyində uğur qazanmaq üçün COP29-da fəal işləyirik
Far.Az xəbər saytı

Almaniya XİN rəhbəri: Avropa iqlim gündəliyində uğur qazanmaq üçün COP29-da fəal işləyirik


Almaniya və Avropa iqlim gündəliyində uğur qazanmaq üçün COP29-da fəal işləyir.

“Far.Az” xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Bakıda keçirdiyi mətbuat konfransında deyib.

"Almaniya və Avropa iqlim konfransında fəal iştirak edir. Çünki iqlim böhranı bütün digər çağırışlar kontekstində həm bu gün, həm də qarşıdakı onilliklərdə təhlükəsizlik siyasətinə ən böyük təhdiddir. Biz artıq onun təsirini bütün dünyada kəskin şəkildə hiss edirik və bilirik ki, əgər 1,5 dərəcə həddinə yaxınlaşa bilməsək, o, daha da güclənəcək", - nazir bildirib.

A.Berbok vurğulayıb ki, iqlim böhranı müasir dünyada təhlükəsizliyə ən ciddi təhdiddir və onun nəticələri milli sərhədləri aşır.

O, Banqladeş və İspaniyanın Valensiya bölgəsində böyük dağıntılara səbəb olan son daşqınları nümunə gətirib.

Oxşar xəbərlər

Banqladeş səfiri: Beynəlxalq platformalarda Qarabağ məsələsi də daxil olmaqla Azərbaycanın mövqeyini dəstəkləyirik
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İspaniyada intensiv yağışlar və sel nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb - YENİLƏNİB-5
Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycanın sülh səylərini müzakirə edib - YENİLƏNİB
İspaniyada yağış və daşqınlar nəticəsində ölənlərin sayı 90 nəfəri ötüb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər