OpenAI IPO ərəfəsində hədəflədiyi 30 milyard dolları cəlb edə bilməyib
IPO-dan əvvəlki son investisiya mərhələsində OpenAI yalnız 11 milyard dollar cəlb edə bildi ki, bu da planlaşdırılan 30 milyard dollardan təxminən üç dəfə azdır.
"Far.Az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
İnvestorlar şirkətin bazar dəyərini 1,25 trilyon dollar qiymətləndiriblər. Halbuki süni intellekt sahəsində fəaliyyət göstərən şirkət dəyərinin 1,4 trilyon dollar olacağını gözləyirdi.
İnvestisiya raundunun gözləniləndən zəif nəticələri investorların süni intellekt sektoruna marağının azalması və investisiya qərarlarında daha ehtiyatlı davranmaları ilə əlaqələndirilir. Qəzetin yazdığına görə, "Google", "Amazon" və "Intel" şirkətlərinin zəif maliyyə hesabatları fonunda texnologiya şirkətlərinin səhmlərinin kütləvi satışı da bu prosesə təsir göstərib.
"ChatGPT"nin yaradıcısı investisiya raundunun həcmi ilə bağlı gözləntilərini azaldaraq ümumi məbləği 20 milyard dollara çatdırmağı planlaşdırır. WSJ-nin mənbələrinin bildirdiyinə görə, "OpenAI" səhmdarlarına yaxın həftələrdə əlavə vəsait cəlb etmək niyyətində olduğunu açıqlayıb. Bunun üçün şirkət ailə ofislərinə və böyük kapitala malik özəl investorlara müraciət edəcək.
Bu arada şirkətin əsas rəqibi "Anthropic" maliyyə göstəriciləri ilə diqqət çəkir. Şirkətin gəlirləri birinci və ikinci rüblər arasında iki dəfədən çox artaraq 11,6 milyard dollara çatıb. "OpenAI"nin gəlirləri isə eyni dövrdə təxminən 18 faiz artaraq 6,7 milyard dollar təşkil edib.
Qeyd edək ki, "Anthropic" bu həftənin əvvəlində gələn ay keçirilməsi planlaşdırılan IPO ilə bağlı sənədlərini təqdim edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Pərviz Hacıyev: "Kiberdələduzluqda köhnə müdafiə üsulları artıq işləmir" - MÜSAHİBƏ
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi
-
Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE
-
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib
-
Roman Abramoviç Bakıya gəlib
-
Bakının bu yolunda sürücülər daim "protiv" sürür
-
Türkiyə Feridun Sinirlioğlunun BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürüb













