Almaniyada hökumətin istefası tələbi ilə gənclərin etiraz aksiyaları keçirilir
Far.Az xəbər saytı

Almaniyada hökumətin istefası tələbi ilə gənclərin etiraz aksiyaları keçirilir


Almaniyanın bir sıra şəhərlərində gənclərin hökumət əleyhinə keçirdiyi aksiyalarda on minlərlə şəxsin iştirak etdiyi ehtimal olunur.

"Report" Almaniya mediasına istinadən xəbər verir ki, "Z nəsli qərar verir" gənclər hərəkatının Almaniya Kansleri Fridrix Mertsin istefası tələbi ilə etirazları 30 şəhərdə planlaşdırılmışdı.

Nümayişçilər Berlin, Frankfurt-Mayn, Mayns, Münxen, Nürnberq, Erfurt, Maqdeburq, Drezden və Leypsiqdə küçələrə toplaşır, bəziləri əllərində "Merts getməlidir" yazılmış plakatlar tuturlar. Aksiyaların hər birində 2 mindən 5-6 minə qədər insan iştirak edir.

Fəallar məktəblərin maliyyələşdirilməsinin azaldılmasına, yaşayış xərclərinin artmasına, yüksək icarə haqqlarına, eləcə də məcburi hərbi xidmətin bərpası ehtimalına qarşı çıxış edirlər. Onlar hakimiyyəti vəsaitləri təhsilə və sosial sahəyə yönəltməyə çağırırlar.

Aksiyaların nisbətən sakit xarakterinə baxmayaraq, Nürnberq və Ştutqartda etirazçılar fişənglərdən istifadə ediblər.

"Bild"in məlumatına görə, bütün ölkə üzrə mitinqlərə təxminən 160 min insan qatılıb.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər