Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
Far.Az xəbər saytı

Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb


“Politico”nun Avropa nəşrində “Azərbaycanın Avropaya qaz qambiti - Rusiya üçün yaxşı xəbərdir” dezinformasiyanın çirkin nümunəsindən başqa bir şey deyil.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsində yazıb.

Onun sözlərinə görə, məqalədə peşəkar fakt yoxlanışı yoxdur və spekulyasiya, şayiələrlə doludur:

“Jurnalistikanın və medianın Avropa standartlarının belə aşağı səviyyəyə enməsi ən azı utancvericidir. Avropa İttifaqı mediada yayılan qlobal dezinformasiyaya xüsusilə həssasdır və narahatdır. Bu başa düşüləndir! Bəs Avropa mediası başqaları haqqında saxta xəbərlər və yalanlar yaydıqda reaksiya necə olur?

Bircə fakt bu yazını tamamilə təkzib edir: 2024-cü ildə Azərbaycan Rusiyadan qaz idxal etməyib. Nöqtə! Azərbaycanda qaz hasilatı beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir. İstehsal və ixracın həcmi hamıya aydın görünür.

Azərbaycan mövcud resursları və razılaşdırılmış müqavilələri əsasında tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək. “Politico”nun Avropa nəşrindən üzr istəməsini və bu saxta məqaləni geri çəkilməsini tələb edirik!”.

Oxşar xəbərlər

Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində noyabr üçün qəbul cədvəli açıqlanıb
PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
PA-nın Vətəndaş Qəbulu Mərkəzində sentyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər