Soyuq duş qəbul etmək sağlamlıq üçün nə dərəcədə faydalıdır?
"Bir çox nüfuzlu elmi jurnalda soyuğun insan ömrünə və uzunömürlülüyə təsiri ilə bağlı araşdırmalar dərc olunur. Lakin soyuğun ömrü uzatdığı hələ tam elmi şəkildə sübut edilməyib. Çünki soyuğun insan orqanizminə bəzi müsbət təsirləri olsa da, onun mənfi təsirləri də var".
Far.Az Baku TV-yə istinadən xəbər verir ki, bu barədə tibb elmləri doktoru Sədrəddin Atakişizadə açıqlama verib.
Mütəxəssis soyuğun insan ömrünə təsiri ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib.
O bildirib ki, soyuğun insan ömrünü birbaşa uzatdığını tam əminliklə söyləmək mümkün deyil. Əgər soyuq birbaşa uzunömürlülüyü təmin etsəydi, soyuq iqlim şəraitində yaşayan insanların ömrü daha uzun olardı.
"Soyuq maddələr mübadiləsini sürətləndirə, eyni zamanda orqanizmdəki iltihabi proseslərə təsir göstərə bilər. Buz vannalarının və soyuq duşların immun sisteminə müsbət təsir etdiyi ilə bağlı fikirlər isə hələ tam elmi təsdiqini tapmayıb", - deyə o bildirib.
Mütəxəssisin sözlərinə görə, soyuğun insan orqanizminə təsiri ilə bağlı tədqiqatların əksəriyyəti laboratoriya heyvanları üzərində aparılıb. Bu araşdırmaların bəzilərində müsbət nəticələr əldə olunsa da, həmin nəticələri birbaşa insanlara aid etmək olmaz. Çünki heyvan və insan orqanizmləri arasında fizioloji fərqlər mövcuddur.
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Dekan: Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə sürücü sükan arxasında yuxuladı, qəza baş verdi
-
Azərbaycan güləşçisi Ali Tsokayev dünya çempionatında bürünc medal qazanıb
-
"Dakar-2026": Azərbaycan cüdoçusu İbrahim Talıbov qızıl medal qazanıb
-
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
Noyabrda bəzi bürclərin maddi vəziyyətində ciddi yaxşılaşma gözlənilir
-
Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu













