Nazirlər Milli Məclisə toplaşırlar
Far.Az xəbər saytı

Nazirlər Milli Məclisə toplaşırlar


2027-ci ilin dövlət büdcəsi zərfi Milli Məclisdə müzakirəyə çıxarılır.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, büdcə zərfinə daxil olan sənədlər parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 5-də keçiriləcək iclasında müzakirə olunacaq.

Müzakirələrdə maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər qurumların əməkdaşlarının iştirak edəcəyi gözlənilir.

Bundan əlavə, Milli Məclisin digər müvafiq komitələrinin iclaslarında da hökumət rəsmiləri iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri son proqnozlara əsasən 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat həcmində gözlənilir.

Oxşar xəbərlər

Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər