İspaniyanın Mursiya bölgəsinin parlamenti Sançesi "persona non-qrata" elan edib
İspaniyanın Mursiya bölgəsinin Qanunverici Məclisi (parlamenti) hökumət başçısı Pedro Sançesi "persona non-qrata" elan edib.
"Far.Az" xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Bu qərara PP (Xalq Partiyası) və "Vox" (ölkənin iki əsas sağçı siyasi qüvvəsi) partiyalarından 27 deputat səs verib, Sosialist Partiyasından olan 13 deputat isə qarşı çıxıb.
Mursiya parlamenti İspaniya hökumətinin sədrinə qarşı belə bir tədbir görən ilk regional palata olub. Bununla parlament onun fəaliyyətinin "zərərli nəticələrinin institusional və sosial baxımdan qəbuledilməzliyini" nümayiş etdirmək istəyir. Bu tədbirin məcburi hüquqi qüvvəsi yoxdur.
Deputat Virciniya Martines öz çıxışında qeyd edib ki, bu, Sançesin yaxınlarının adı hallandığı korrupsiya işləri, habelə onun qəbul etdiyi qərarların muxtar icma üçün iqtisadi nəticələri ilə əlaqədardır.
Onun sözlərinə görə, hökumətə rəhbərliyin davam etməsi ölkənin demokratiyası, təhlükəsizliyi və iqtisadiyyatı üçün təhlükə yaradır.
Qeyd edək ki, baş nazirin həyat yoldaşı Beqonya Qomes korrupsiyada və nüfuz alverində ittiham olunur. Baş nazirin ictimai işlər, neft-qaz layihələri və pandemiya dövründə tibbi maskaların satın alınması sahəsində müqavilələr üzrə qanunsuz mükafatlar almaqda şübhəli bilinən bir sıra yaxın silahdaşları da istintaq altındadır.
İspaniya polisi mayın 27-də partiyanın ehtimal edilən qanunsuz ödənişlər və maliyyələşdirmə sxeminin araşdırılması çərçivəsində hakim Sosialist Fəhlə Partiyasının (PSOE) Madriddəki mənzil-qərargahında axtarış aparıb.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb
-
Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar













