Azərbaycanda yaşayış minimumu 2030-cu ilədək 359 manata çatdırılacaq
Far.Az xəbər saytı

Azərbaycanda yaşayış minimumu 2030-cu ilədək 359 manata çatdırılacaq


Azərbaycanda yaşayış minimumu 2030-cu ilədək 359 manata çatdırılacaq.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında sosial büdcə zərfinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

Sahib Ələkbərov bildirib ki, 2027–2030-cu illərdə minimum sosial standartlar təsdiq olunmuş qaydalara uyğun olaraq yaşayış minimumu, minimum əməkhaqqı, ehtiyac meyarı, habelə sosial müavinətlərin və təqaüdlərin minimum məbləğləri əsasında proqnozlaşdırılır: "Əmək qabiliyyətli əhali, pensiyaçılar və uşaqlar üçün yaşayış minimumunun dəyəri proqnozlaşdırılarkən Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilən faktiki göstəricilər cari ilin gözlənilən və növbəti illər üzrə proqnozlaşdırılan inflyasiya göstəriciləri ilə uyğunlaşdırılmaqla hesablanır. 2027–2030-cu illər üzrə ölkədə yaşayış minimumunun proqnozlaşdırılan dəyəri müvafiq olaraq 314, 329, 344 və 359 manat təşkil edir. 2026-cı il üçün ölkə üzrə yaşayış minimumunun dəyəri 310 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat müəyyən edilib. 2027-ci il üçün qanun layihəsində yaşayış minimumu ölkə üzrə 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat məbləğində müəyyən edilib. 2027–2030-cu illər üzrə inflyasiyanın müvafiq olaraq 5,3%, 4,8%, 4,6% və 4,3% olacağı proqnozlaşdırılır. Qarşıdakı dövrdə əsas vəzifələrimiz qəbul edilmiş dəstək alətlərinin tam tətbiqi və onların iqtisadi təsirinin müntəzəm qiymətləndirilməsi, sənaye və istehsal layihələri üçün uzunmüddətli maliyyələşmə mexanizmlərinin yaradılması, qeyri-neft ixracının həcminin və coğrafiyasının genişləndirilməsi, strateji investisiya layihələrinin sürətləndirilmiş icrası, nəqliyyat dəhlizləri boyunca iqtisadi fəallığın təşviqi, 2027–2030-cu illər üzrə sosial-iqtisadi inkişaf strategiyasının və "Böyük qayıdış"a dair ikinci Dövlət Proqramının icrasının təmin edilməsindən ibarətdir".

Oxşar xəbərlər

Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
"Turandot" – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.02.2026)
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (09.01.2026)

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər