Azərbaycanda aqrar sektor üzrə vergi güzəştlərinin büdcəyə xalis təsiri açıqlanıb
Far.Az xəbər saytı

Azərbaycanda aqrar sektor üzrə vergi güzəştlərinin büdcəyə xalis təsiri açıqlanıb


2027-ci ildə Azərbaycanda aqrar sektor üzrə vergi güzəştlərinin büdcəyə xalis təsiri təxminən 20 milyon manat olacaq.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, gəlir vergisindən azad olunan vergi ödəyicilərinə 90 %-lik güzəşt edilməsi təklif olunur: "Yəni vergi dərəcəsi 20 % olduğu halda, onun 10 %-i ödənilir. Bu güzəşt gəlir vergisi üzrə deyil, sadələşdirilmiş vergi üzrə də müəyyən şərtlər daxilində tətbiq olunur. Həmin şərtlər isə əsasən uçotun aparılması ilə bağlıdır. Mənim fikrimcə, bu yanaşma uçotun təşviqinə xidmət etməlidir. Çünki güzəştlər məhz uçotda olan, fəaliyyətini rəsmiləşdirən subyektlərə verilir. Digər tərəfdən, elektron vergi sistemi üzərindən vergi ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslər üçün müəyyən qarışıqlıq yaranarsa, onlar 2 faiz dərəcəsi ilə vergiyə cəlb olunacaq. Qeydiyyatdan keçdikləri halda isə bu dərəcə 1 %- olacaq".

Vergi rəsmisi əlavə edib ki, sözügedən sahədə büdcəyə ümumilikdə 14,1 milyon manat məbləğində əlavə vergi gəliri proqnozlaşdırılır: "Bunun 7,7 milyon manatı mənfəət vergisinin, 5 milyon manatı gəlir vergisinin, 1,4 milyon manatı isə digər güzəştlərlə bağlı dəyişikliklərin payına düşür. Vergi ödəyicilərinin sayına baxdıqda, bu dəyişikliklər 3 765 fiziki və 292 hüquqi şəxsi əhatə edir. Lakin güzəştlərin əhatə dairəsi yalnız 26 şəxsə aiddir".

"Büdcəyə daxilolmalarla yanaşı, büdcənin vergi və gömrük güzəştləri hesabına itkilərini də nəzərə almalıyıq. Məsələn, bildiyiniz kimi, təqdimatlarda da qeyd olunub ki, elektron vergi sistemində qeydiyyatda olan şəxslər tərəfindən kökəltmə məqsədilə idxal edilən heyvanlar bir il müddətinə müvafiq vergilərdən azad edilir. Bu güzəştin təxmini məbləği 10,5 milyon manatdır. Beləliklə, bir tərəfdən müzakirə etdiyimiz dəyişikliklər hesabına 14 milyon manata yaxın əlavə gəlir əldə olunacağı proqnozlaşdırılırsa, digər tərəfdən təxminən 10 milyon manatlıq vergi güzəşti mövcuddur. Bundan əlavə, əvvəlki dövrlərdə də kənd təsərrüfatı məhsulları ilə bağlı tətbiq edilən güzəştlər nəzərə alındıqda, büdcə gəlirlərinin itkisi təxminən 24 milyon manat təşkil edir, - deyə o vurğulayıb.

O.Nəzərli onu da deyib ki, bu gün uçotda olmayan, lakin potensial olaraq gələcəkdə uçota düşə biləcək sahibkarlar da var. Vergi dəyişikliklərində mikro sahibkarların istisna edilməsi məsələsinə də bu baxımdan yanaşmışıq. Hazırkı rəqəmlər onların sayının çox olmadığını göstərsə də, uçota düşdükləri və fəaliyyətlərini şəffaflaşdırdıqları halda, bu güzəştlərdən yararlanmaları daha məqsədəuyğun olardı. 14 milyon manatlıq büdcə gəliri qiymətləndirməsində mikro sahibkarların payı cəmi 500 min manatdır. Bu da onların büdcəyə təsirinin kifayət qədər məhdud olduğunu göstərir".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər