DÇ-2028: Azərbaycanla qarşılaşacaq Latviya seçməsinin heyəti açıqlanıb
Futzal üzrə DÇ-2028-in əsas mərhələsində Azərbaycanla qarşılaşacaq Latviya seçməsinin heyəti açıqlanıb.
"Report" xəbər verir ki, yığmanın baş məşqçi Massimiliano Bellarten 15 futzalçıya dəvət göndərib.
Heyətdə Reyner Murneyks, İqor Labuts, Maksim Troiçki, Renard Udris, Nikita Yelaqov, Edqar Tarakanov, Vlad Rimku, Viktor Kulepov, Sergey Motil, Emil Atamanukov, Artyom Kozlovski, Andjey Mikeviç, Andrey Baklanov, Nik Edyus Berzin yer alacaqlar.
Massimiliano Bellarten Azərbaycan yığması ilə oyunla bağlı Latviya Futbol Federasiyasının mətbuat xidmətinə açıqlama da verib:
"Azərbaycan millisi təcürbəli və güclü komandalardan biridir. Onların püşk zamanı ikinci səbətdə qərarlaşmaları təsadüfi deyil. Bu qarşılaşma bizim böyüməyimiz və uğur qazanmağımız üçün bir fürsətdir. Artıq yüksək səviyyəli yarışlara, seçmə oyunların təzyiqinə uyğunlaşmalıyıq. İki il yarım əvvəl bir yola çıxdıq və qarşımıza məqsəd qoyduq ki, Latviyada futzalın səviyyəsini qaldıraq, yerli futzalçıları inkişaf etdirək, rəqabət aparacaq gücə malik milli komanda formalaşdıraq. Bu istiqamətdə işimizi davam etdiririk".
Qeyd edək ki, Azərbaycan – Latviya oyunu noyabrın 8-də, saat 20:00-da Bakı İdman Sarayında start götürəcək.
Oxşar xəbərlər
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir













