"Mançester Siti" 122 ildən sonra qeyri-adi seriyanı təkrarlayıb
Far.Az xəbər saytı

"Mançester Siti" 122 ildən sonra qeyri-adi seriyanı təkrarlayıb


"Mançester Siti" İngiltərə çempionatında 122 illik arzuolunmaz rekordu təkrarlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Squawka" nəşri məlumat yayıb.

Entso Mareskanın baş məşqçisi olduğu kollektiv cari mövsümün əvvəlində qeyri-adi seriya ilə üzləşib.

Premyer Liqada keçirdiyi ilk yeddi oyunda qələbə qazanan "şəhərlilər" daha sonra ardıcıl üç məğlubiyyət alıb.

Bu, İngiltərənin ən yüksək divizionu tarixində baş verən ikinci belə haldır.

Bundan əvvəl, yeddi qələbəlik startdan sonra oxşar eniş yaşayan yeganə komanda 1904/1905 mövsümündə "Şeffild Uensdey" olub.

Xatırladaq ki, "Mançester Siti" 21 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Oxşar xəbərlər

"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb, 12 illik seriya qırılıb - YENİLƏNİB-8
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
Avropanın TOP-5 liqasında mövsümün sürpriz bombardirləri
Rolls Royce Motor Cars Baku iki yeni Rolls-Royce modelini Tbilisidə təqdim etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər