ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
Far.Az xəbər saytı

ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir


ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Əbu-Dabidə qarşıdan gələn üçtərəfli danışıqlarda irəliləyiş əldə etməyə ümid edir.

"Report"un məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio bunu "Böyük Yeddilik" (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşəcəyi Parisə yola düşməzdən əvvəl jurnalistlərlə söhbətində bildirib.

"Ola bilsin, sabah Cared Kuşner və Stiv Uitkoff ora gələndə Əbu-Dabidə müəyyən irəliləyiş əldə edə bilərik. Məncə, onlar artıq təyyarə ilə ora gedirlər", - o deyib.

Rubio həmçinin təhlükəsizlik zəmanətləri məsələsini Rusiya-Ukrayna münaqişəsinin həllinin əsas aspekti kimi müəyyən edib.

"Rusiya və Ukrayna ilə bağlı söhbətlərimiz zamanı daim bir sual ortaya çıxır: təhlükəsizlik zəmanətlərinə ehtiyac, Ukrayna və daha geniş şəkildə Avropa qitəsi üçün müharibədən sonrakı təhlükəsizlik infrastrukturunun necə olacağı. Bu, hər söhbətdə qaldırılan əsas mövzulardan biridir", - dövlət katibi vurğulayıb.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçtərəfli görüşü olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər