"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
Amerikanın "Nvidia" texnologiya korporasiyasının Direktorlar Şurası Çinə casusluqda şübhəli bilinən qadınla romantik münasibətləri barədə xəbərlər fonunda baş direktor Jensen Huanq haqqında müstəqil araşdırma başlayıb.
"Report"un "Reuters"ə istinadən məlumatına görə, bu barədə "Nvidia"nın Direktorlar Şurasının açıqlamasında bildirilir.
"Nvidia"nın Direktorlar Şurası təsisçi və baş direktor Jensen Huanqın xarici kəşfiyyat tərəfindən hədəfə alındığı barədə xəbərlər fonunda müstəqil araşdırmaya başlayır", - açıqlamada qeyd olunur.
Şirkət hazırda "Nvidia"nın məxfi məlumatlarının oğurlanmasına və ya ABŞ-nin milli təhlükəsizliyinə zərər verildiyinə inanmaq üçün heç bir səbəb olmadığını vurğulayıb. Bununla belə, araşdırma bütün mövcud məlumatları əhatə edəcək.
"Axios"un məlumatına görə, Huanq işçilərinə yazdığı məktubda ABŞ hakimiyyətinin Çin kəşfiyyatı ilə əlaqəsi olduğundan şübhələndiyi qadınla romantik münasibətdə olduğunu etiraf edib.
"Mən həyat yoldaşıma sadiq olmadım. Hərəkətlərim ona və uşaqlarımıza zərər verdi. Buna heç bir bəraət yoxdur", - məktubda deyilir.
Huanq həmçinin hərəkətlərinə görə tam məsuliyyət daşıdığını və şirkətin işçilərinin, Direktorlar Şurasının və səhmdarlarının etimadını doğrultmadığını etiraf etdiyini bildirib.
Daha əvvəl "The New York Times" qəzeti ABŞ hakimiyyət orqanlarının süni intellekt üçün "Nvidia" prosessorlarını satın alan Sinqapurda yerləşən "Megaspeed" şirkətinin keçmiş rəhbəri Elis Huanqın fəaliyyətini araşdırdığını bildirib. O, Pekinə məlumat ötürməkdə şübhəli bilinir.
"Nvidia" qeyd edib ki, Jensen Huanq istintaqı dəstəkləyir və müstəntiqlərlə əməkdaşlıq etmək niyyətindədir. Bununla yanaşı, o, şirkətə rəhbərliyini davam etdirəcək.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













