BMT rəsmisi: Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın nailiyyətləri ilə tanışlıq olacaq
Bakıda 2026-cı ildə keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) minlərlə beynəlxalq iştirakçıya dayanıqlı və sağlam şəhərlərin inkişafı sahəsində Azərbaycanın nailiyyətləri ilə tanış olmaq üçün gözəl fürsət olacaq.
“Report” Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, bunu COP29 çərçivəsində ölkəmizdə səfərdə olan BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Anaklaudia Rosbax deyib.
O, Bakını gəzərək, paytaxtın zəngin tarixini və gələcəyini şərtləndirən bəzi strateji şəhərsalma, mədəniyyət və ekoloji transformasiya layihələri ilə tanış olub.
A.Rosbax Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə birlikdə YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısında olan qədim İçərişəhər, dünya memarlıq incisi - Heydər Əliyev Mərkəzi və keçmiş sənaye ərazilərinin ekoloji sağlamlaşdırılması, kompleks planlaşdırma və inkişaf nümunəsi olan “Ağ Şəhər”, əhaliyə mənzil əlçatanlığını təmin edən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksi və şəhərin “ağciyərləri” rolunu oynayan yeni ictimai məkan – Mərkəzi Park layihələrini ziyarət edib.
Ali qonaq tarixi-memarlıq irsinin qorunub-yaşadılması, insanyönlü şəhərsalma həlləri, iqlim və şəhər gündəlikləri məsələlərinin əlaqəli və kompleks həlli istiqamətində Azərbaycanın həssas yanaşmasını və uğurunu yüksək qiymətləndirib, Bakının yeni baş planı əsasında davam etdiriləcək transformasiya və inkişaf layihələrinin müvəffəqiyyətinə inandığını bildirib.
“UN-Habitat”ın icraçı direktoru 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) minlərlə beynəlxalq iştirakçıya dayanıqlı və sağlam şəhərlərin inkişafı sahəsində Azərbaycanın nailiyyətləri ilə tanış olmaq üçün gözəl fürsət olacağında əminliyini ifadə edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
BMT-də COP29 prezidentliyinin ev sahibliyi ilə "Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları” təşəbbüsü müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda güclü zəlzələ olub
-
Pentaqon rəhbəri ABŞ-ın Kanada ilə hərbi əməkdaşlığını məhdudlaşdırıb
-
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
-
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18 %-dən çox artıb
-
Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır"
-
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib













